Səudiyyə bütün bölgələr üzrə neft qiymətini ucuzlaşdırır

- Son 20 ilin ən yüksək endirimi
10 Mart 2020 - 12:30

Səudiyyə Ərəbistanı aprel ayında bütün regionlardan olan alıcılar üçün son 20 ilin ən yüksək endirimini edib.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, “Saudi Aramco”nun məlumatına görə, Amerikadan olan alıcılar üçün növbəti aydan bütün növ neftin qiyməti 7% azalacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün 1 barel neftin qiymətində 6-8%, Asiya ölkələrində 4-6% endirim olacaq.