Şəhid gizirin son arzusu yerinə yetirildi- FOTO

Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, video yayılan kimi dərhal agentliyin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.

MMC tərəfindən bir neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıya gətirilib, Hərbi Qənimətlər Parkında quraşdırılır