Şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub- FOTO

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Səbuhi Gündüz oğlu Tağıyev dəfn olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlki məqalə

Laçında çoban minaya düşüb

Sonrakı məqalə

“Teatrların formatı dəyişməli, özəl teatrlara üstünlük verilməlidir”