Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən ənənəvi “Norway Chess” şahmat superturnirində ikinci yeri tutub.

Son raundda – 9-cu turda Ş.Məmmədyarov Teymur Rəcəbova məğlub olub. Ötən turların yekununa görə, Şəhriyar Məmmədyarov 15,5 xal toplayıb. Teymur Rəcəbov isə 8 xalla 9-cu nəticəni göstərib.

Yarışın qalibi 16,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.

Əvvəlki məqalə

İsveç Türkiyə ilə razılaşmaq üçün iyulun 1-dən terror qanunu qəbul edir

Sonrakı məqalə

UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib –