Şəmkirdə 15 yaşlı qız qaçırılıb

Noyabrın 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü A. Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edərək, azyaşlının valideynləri təhvil verib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

İstanbulda terror törədən qadının həbs olunma anı –

Sonrakı məqalə

“ABŞ-ın başsağlığını qəbul etmirik” –