Şəmkirdə marketdə yarım milyon manat mənimsənilib

Şəmkir rayonunda marketdə yarım milyon manatdan çox pul mənimsənilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Əvvəlki məqalə

Maradonanı həkimlər öldürüb –

Sonrakı məqalə

Rusiyalı oliqarx sanksiyalara görə şirkət rəhbərliyindən istefa verib