Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlayıb- Yaralananlar var

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

İlkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Putin Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edib

Sonrakı məqalə

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq