“Şərikli çörək” filminin 60 yaşlı “Vaqif”i –Məşhur akademikin nəvəsi SSRİ-dən ABŞ-a necə gedib?

1969-cu ildə ekranlara çıxan “Şərikli çörək” filmi böyük tamşaçı rəğbəti qazanaraq Azərbaycan kino tarixində öz izini qoydu.

Bu filmə 50 ildən çoxdur ki, baxılır və mövzusu daim aktualdır.  Filmdə baş rolda çəkilən balaca Kamran Rəcəbli tamaşaçı yaddaşına həkk olunub.

“Fotoxronika” layihəsində  “Şərikli çörək” filmində Vaqif obrazını yaratmış Kamran Rəcəblidir.

Kamran Rəcəbli uzun illərdir ABŞ-da yaşayır.

1960-cı ildə Bakıda anadan olan K.Rəcəbli 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil alıb.

Bir neçə filmdə uşaq rollarını oynayan K.Rəcəbli daha sonra elm yolunu seçir.

16 yaşından Moskvaya oxumağa gedib.

Bununla elm yolu başlanıb.

Burada mənsub olduğu ailə ənənələri öz rolunu oynayıb. K.Rəcəbli alim ailəsində anadan olub. Nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası tibb elmləri namizədi olub.

Babası isə tanınmış akademik Əhməd Rəcəblidir.

Bakıda akademikin adına küçə var.

K.Rəcəbli Moskva Energetika İnstitutunu bitirib. 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdıb və Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib.

1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib orada qalıb. Kibernetik proqramçı kimi fəaliyyətə başlayıb.

Orada 8 il yaşadıqdan sonra ABŞ-a gəlib. San-Dieqo şəhərində yaşayır. Enerji sahəsində mütəxəssis olan K.Rəcəbli ABŞ-ın məşhur şirkətlərində məsləhətçi olaraq çalışır.  Energetika sahəsində professordur.

K.Rəcəbli vətəndan uzaqda yaşasa da Azərbaycanla əlaqəsini kəsməyib. O, 3 il Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihədə iştirak edib. “Azərenerji”də işləyib. Həm “Azərenerji”, həm “Azərişıq” SC-də dispetçer idarəetmə sisteminin avtomatlaşdırılması (SKADA) layihələrini reallaşdırıb.

Bir il Bakıda yaşayıb.

 

K.Rəcəblinin 4 övladı var. Birinci nikahından olan oğlu ABŞ-da yaşayır, diş həkimidir. İkinici həyat yoldaşından 3 uşağı var. Həyat yoldaşı Olqa kökəncə Vladivastokdandır.

“Şərikli çörək” filmində Vaqif roluna çəkilməsi tarixi barədə danışan K. Rəcəbli deyib ki, “Torqovıy”da anası ilə mağazaya gedərkən təsadüfən onu rejissor Şamil Mahmudbəyov görüb və filmə çəkilməyi təklif edib.

 

K.Rəcəbli “Torpaq. Dəniz. Od. Səma” (film, 1967), “Şərikli çörək” (film, 1969), “Skripkanın sərgüzəşti” (film, 1972), “Qara gölün cəngavərləri” filmlərində çəkilib.

Azpost.info

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Bayden nəyi müzakirə edib? –

Sonrakı məqalə

Tanınmış tarixçi alim, professor Aydın Balayev vəfat edib