Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Səyahəti ilk gündən korlayan 7 səhv

Orkhan Ali 21 Aprel 2026 - 11:32 (Last updated: 21 Aprel 2026 - 11:04)
Səyahət

Səyahət

Yeni şəhərdə ilk gün həmişə heyranlıq və yüngül xaosun qarışığıdır. Lakin məhz bu dövrdə biz daha həssas oluruq: uçuşdan sonrakı yorğunluq, ərazini tanımamaq və “hər şeyə çatım” istəyi çox vaxt turistlərlə pis zarafat edir.

AzPost bütün istirahəti korlamamaq üçün səyahətin ilk günündə hansı səhvlərdən qaçınmalı olduğunuzu təqdim edir.


Məzuniyyətlə bağlı xoşagəlməz xatirələrin çoxu məhz ilk saatlarda, bəsit səhvlər ucbatından yaranır. Çamadanı hazırlamazdan əvvəl nələri bilmək lazımdır?

1. Yorğunluğu görməzdən gəlmək və dərhal “şəhəri gəzməyə qaçmaq”

Yol gəldikdən sonra orqanizm tükənir, lakin çoxları “maksimuma çatmağa” çalışır. Turistlər təyyarədən düşən kimi dərhal Kolizeyə, Luvra və ya Saqrada Familiyaya getmək istəyirlər. Bu, qətiyyən pis fikirdir, çünki yorğunluq və “cetlaq” (zaman qurşağı fərqi) səbəbindən həzz almayacaqsınız. Əvəzində isə bütün məzuniyyət boyu sizi izləyəcək əsəbilik və daha böyük yorğunluq qazanacaqsınız.

  • Necə düzgündür: İlk günü qaldığınız yerin yaxınlığında tələsmədən gəzintiyə ayırın. Ən yaxın çörək sexini, yerli restoranı tapın. Şəhərin aurasını hiss etməyə çalışın, rahatlaşın və erkən yatın.

2. İlk rast gəlinən yerdə pul dəyişdirmək

Bu, bir çox turistin klassik səhvidir. Bilməlisiniz ki, turistik zonalardakı valyuta dəyişmə məntəqələrində kurs çox vaxt bərbad olur. Hava limanlarında və vağzal yaxınlığında kurs əlverişsiz, komissiya isə kosmikdir. Cəmi bir əməliyyatda məbləğin 10-20%-ni itirmək riski var.

  • Necə düzgündür: Cib xərci üçün kiçik məbləğdə nağd pulunuz olsun (əvvəlcədən hazırlayın) və ya pulu şəhərin içindəki bankomatlardan çıxarın. Bu gün ödənişlərin çoxunu kartla etmək mümkündür.

3. Yerləşən kimi mənzili yoxlamamaq

Çoxları bunu “sonraya” saxlayır. Çantaları atır, paltarını dəyişir və şəhərə gəzməyə gedirlər. Turistlər yalnız axşam və ya növbəti gün kondisioner, içməli su və ya duşla bağlı problemləri, otağın təmiz olmadığını və ya rezervasiya zamanı qeyd olunan avadanlıqların çatışmadığını aşkar edirlər.

  • Necə düzgündür: Yerləşən kimi hər şeyi yoxlayın, dərhal sahibinə xəbər verin. Mənzillə bağlı zəruri məlumatları öyrənin.

4. Bəsit təhlükəsizlik qaydalarına məhəl qoymamaq

Gəldikdən sonrakı arxayınlıq əsas düşməndir. Sanki artıq təyinat nöqtəsinə çatmışıq deyə ehtiyatı əldən vermək olar. Lakin çox vaxt belə ehtiyatsızlıq baha başa gəlir. Açıq Wi-Fi şəbəkələrinə qoşulmaq, sənədləri “çantanın harasındasa” buraxmaq, əşyalara və pul kisəsinə nəzarət etməmək olmaz.

  • Necə düzgündür: Bütün sənədlərin surətini çıxarın və ehtiyac yoxdursa, orijinalları özünüzlə daşımayın. Əşyalarınıza muğayat olun. Qiymətli əşyalarınız varsa, seyfdən istifadə edin.

5. Yoldan təsadüfi taksi tutmaq

Hava limanının çıxışında sizi qarşılayan “qonaqpərvər” sürücülər adətən real qiymətdən 2-3 dəfə baha pul istəyirlər. Üstəlik, bu həmişə təhlükəsiz deyil.

  • Necə düzgündür: Rəsmi tətbiqlərdən (Uber, Bolt) istifadə edin və ya ictimai nəqliyyat haqqında əvvəlcədən öyrənin. Çox vaxt sürət qatarı mərkəzə istənilən avtomobildən daha tez çatdırır.

6. “Turistik” restoranlara kor-koranə inanmaq

Baş meydan mənzərəli kafedə nahar etmək adətən yüksək qiymət və orta keyfiyyətli yemək deməkdir. Belə yerlər birbaşa “birdəfəlik” müştəri üçün nəzərdə tutulub, ona görə də xidmət qayğısına az qalırlar.

  • Necə düzgündür: Turist cığırlarından 2-3 məhəllə kənara çəkilin. Yerli sakinlərin nahar etdiyi yerləri axtarın – orada daha dadlı, ucuz və orijinal olacaq.

7. Yerli geyim qaydalarını və ya qanunları bilməmək

Kilsəyə şortla girmək və ya tramvayda bileti komposterdən keçirməmək — iradlara və ya cərimələrə görə kefinizin korlanmasına səbəb olan səhvlərdir.

  • Necə düzgündür: Təyyarədə 15 dəqiqənizi əsas qaydaları öyrənməyə sərf edin: bəxşiş vermək lazımdırmı, nəqliyyat necə işləyir və dini yerlərdə geyim tələbləri nələrdir.


“İdeal ilk gün” üçün çek-list:

  • Yerləşmə və duş. Bu, həyata nəzarət hissini qaytarır. Mənzildə hər şeyi yoxlayın, əşyalarınızı yerləşdirin.

  • Yerli SIM-kart, nəqliyyat və ya muzey kartı almaq. Xəritə və tərcüməçinin həmişə əlinizin altında olması üçün.

  • Bir stəkan su və yüngül yemək. Gərginlikdən sonra orqanizmə kömək lazımdır. Həmçinin ətrafdakı mağazaların iş qrafikini öyrənməlisiniz.

  • Sabahkı günün planlaşdırılması. Səhər növbələrdə durmamaq üçün muzey biletlərini onlayn alın.

Unutmayın: məzuniyyətiniz dözümlülük imtahanı deyil. Özünüzə yavaş başlamaq hüququ verin və onda bütün şəhər sizə tam başqa tərəfdən açılacaq.

AzPost.az

Post navigation

Previous: Bulqur hazırlamağın üç üsulu
Next: “2 ildən sonra Tramp olmayacaq, necə olacaq? Donbasdan çıxa bilmərik” –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Dəmir çatışmazlığı təsdiqləndikdə qırmızı ət və heyvanın daxili orqanları faydalı hesab olunur. Lakin bu məhsullar qanazlığının müalicəsini...
Read more about Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36
Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.