Avropalı avtomobil alıcılarının bir yenilik nəticəsində xoşbəxt olacaqları bildirilir. ABŞ-da yaradılmış və milyarder İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin Parisdə yeni, nə isə xüsusi bir şey göstərdiyi vurğulanıb.
Fransanın paytaxt şəhəri Parisdə “Tesla” avtomobilləri Avropa bazarı üçün öz yeni bir neçə modelini təqdim edib.
2024-cü ildə Paris avtosalonunda “Tesla” öz elektrik avtomobilləri “Model X”, həm də “Model Y”-ni təqdim etmişdi. Beləliklə də təqdimat zamanı nümayiş edilmiş hər iki modeldən olan maşınlar öz yenilikləri, qabaqcıl imkanları ilə burada iştirak edən bütün ziyarətçilərin diqqətini çəkmişdi.
“Tesla Model X Plaid” avtomobili şirkətin ən güclü krossover versiyalarındandır və bu lektrikli avtomobil “WLTP” sikli ilə 543 kilometrə qədər məsafə qət edir, 100 km/saata cəmi 2,6 saniyə ərzində sürətlənir. “X Plaid”-in maksimal sürəti 262 kilometr saatdır ki, bu da onu bazarda ən sürətli elektrik krossoverlərindən birinə çevirir.
“Tesla”-nın istehsal etdiyi müasir, həm də gözoxşayan bu “amerikalı” yeni modelin interyerində karbon lif elementləri, eləcə də premium trim və futuristik sükan var. “Tesla Model X Plaid” maşınının həmçinin cəlbedici xüsusiyyətlərindən biri də onun diqqət çəkən şahin qanadlı qapılarıdır.
Parisdə şəhərindəki avtomobil sərgisində təqdim olunmuş “Tesla Model Y” ilk dəfə böyük miqyasda nəzərdə tutulan Avropa bazarı üçün yeddi yerlik konfiqurasiyada nümayiş etdirilib.
Avropalı müştərilər və maşın həvəskarları təqdim edilmiş “Tesla” modellərindən razı qaldıqlarını bildiriblər. Belə ki, bu yığcam krossover uzun mənzilli versiyasında 533 kilometrə qədər məsafə qət etmək və ya 5 saniyəyə 100 km/saat sürətlənmə təklif edir. Avtomobil həmçinin içərisində yeni “Model Y” super yığcamlığa və dəqiqliyə malik yüksək texnologiyalı bir idarəetmə sistemini, böyük sensor ekranını, həm də zərif dizaynlı geniş salonunu müştərilərə təklif edir.
Oqtay Qorçu