Sabah hava necə olacaq?- PROQNOZ

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Əvvəlki məqalə

Rusiyanın raket hücumları nəticəsində 38 ölü və 190 yaralımız var –

Sonrakı məqalə

“Zelenskinin bu cavabı Putini təəccübləndirdi…”