Sabah hava necə olacaq?- PROQNOZ

Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.

Əvvəlki məqalə

Vidadi Muradovun 10 milyonluq əmlakı ilə bağlı təkrar müraciət edilib

Sonrakı məqalə

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb