Sabah hava necə olacaq?- PROQNOZ

Azərbaycanda mayın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 13-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 765 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.

Əvvəlki məqalə

“Kirbinin Rusiyanın itkiləri ilə bağlı dedikləri ciddi qəbul edilməməlidir”

Sonrakı məqalə

Dövlət xidməti bu restoranları cərimələdi