Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş iyulun 15-də Brüsseldə keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri hökumətin iclasında bildirib.
“Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə olunacaq”, – Paşinyan deyib.
Qeyd edək ki, üçtərəfli görüşün iyulun 21-də keçirilməsi planlaşdırılırdı. Dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Brüssel görüşü nəzərdə tutulduğunundan xeyli tez baş tuta bilər.
Azpost.info