Sabah xarici rəsmilər Rəisinin anım mərasimində iştirak edəcəklər

Helikopter qəzasında həlak olan İran prezidenti və digərləri ilə vida mərasimləri başa çatandan sonra cənazələr Tehrana aparılacaq.

Azpost.info xəbər verir ki, Tehranda insanlar Mosalli məscidində onlarla vidalaşacaqlar.

Mayın 22-də səhər saatlarında cənazə namazı qılınacaq, ardınca Tehran Universitetindən “Azadlıq” meydanına qədər yürüş olacaq. Həmin gün axşam saatlarında xarici rəsmilər və yüksək səviyyəli nümayəndə heyətləri Tehranda həlak olanların anım mərasimində iştirak edəcəklər.

Mayın 23-ü səhər saatlarında Cənubi Xorasan əyalətində və Bircənd şəhərində vida mərasimi keçiriləcək. Rəisinin cənazəsi daha sonra İmam Rza məqbərəsində dəfn olunmaq üçün doğulduğu Məşhəd şəhərinə aparılacaq.

Qeyd edək ki, İranda 5 günlük matəm elan edilib.

Azpost.info

Əvvəlki məqalə

“Hələ qələbənin şokundayam, dünya çempionu oldum” –

Sonrakı məqalə

Aygün Bəylərin qəbri hazırlanır