Sabiq korpus komandirinin deputatlığa namizədliyi qeydə alınmadı

Azərbaycan Silahlı Qüvvələrinin sabiq korpus komandiri, general Qabil Məmmədovun deputatlığa namizədliyi qeydə alınmayıb.

Azpost.info bildirir ki, bu barədə Q.Məmmədov məlumat verib. O, 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

“Bildiyiniz kimi, mən 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyimi irəli sürmüşdüm. Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən Sizlərin gözləntilərini doğrulda bilmədim.
Allah vətənimiz Azərbaycanı qorusun!
” – deyə general Q.Məmmədov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Narkotik alverçisi olan “Baba” ələ keçdi –

Sonrakı məqalə

Azərbaycanda narkotik satan müğənni saxlanıldı –