Sabir Rüstəmxanlı:“İstəyirlər ki, mən də parlament seçkilərinə qatılım”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı parlament seçkilərinə qatılacaq.

Bu barədə Modern.az-a Sabir Rüstəmxanlı özü məlumat verib. O qeyd edib ki, VHP-nin bu barədə qərarı var:

“İstəyirlər ki, mən parlament seçkilərinə qatılım. Mən isə hələ bu barədə düşünürəm. Yəqin ki, partiya üzvlərinin istəyini nəzərə alıb, seçkilərə qatılacağam”.

Hansı dairədən namizədliyini irəli sürəcəyinə gəlincə isə Sabir Rüstəmxanlı dogma yurdunu Milli Məclisdə təmsil etmək istədiyini dilə gətirib:

“Mənim dairəm ya Bakı, ya da Yardımlıdır. Yardımlıdan deputat olanda xeyli iş görmüşəm. İstəyirəm ki, bir ayağım daim orada olsun, tez tez gedib-gəlim. Ona görə elə 72 saylı Yardımlı-Masallı dairəsindən parlament seçkilərinə namizəd olacağam. Sənədlərin nümayəndəmiz tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə hazırlaşırıq”.

Qeyd edək ki, Sabir Rüstəmxanlı 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ərzaq təhlükəsizliyinə 428 mln. manat xərcləyəcək

Sonrakı məqalə

“Sarkisyan 5 rayonu Azərbaycana qaytarmağa hazırlaşırdı”