Sabunçu Tibb Mərkəzində Təcili Tibbi Yardım şöbəsi fəaliyyətə başlayacaq

Sabunçu Tibb Mərkəzi Bakı şəhərində ən çox vətəndaşın, pasiyentlərin müraciət etdiyi tibb müəssisələrindən biridir. Bu mərkəzə gündəlik təxminən 4 min nəfər müraciət edir.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

V.Qurbanov bildirib ki, bir müddət əvvəl xəstəxananın reanimasiya şöbəsi təmir edilərək yeni avadanlıqlarla təchiz olunduqdan sonra pasiyentlərin istifadəsinə verilib.

“Reanimasiya şöbəsində xəstələr müalicə alır. Bu gündən xəstəxananın radiologiya şöbəsi də fəaliyyətə başlayır. Çox qısa müddətdə Klinik Tibbi Mərkəzdə olduğu kimi, Sabunçu Tibb Mərkəzində də Təcili Tibbi Yardım şöbəsi fəaliyyətə başlayacaq”.

Əvvəlki məqalə

Avro-2024:

Sonrakı məqalə

Polis itkin düşən 6 nəfəri tapıb