Sosial şəbəkədə it və pişiklərin dəfn olunduğu qəbristanlıqla bağlı görüntülər maraq doğurub.
Azpost.info bildirir ki, Rusiyada çəkildiyi guman olunan bu görüntülərdə itlərə və pişiklərə qoyulmuş dəbdəbəli məzar daşları diqqəti çəkir.
Qeyd edək ki, bir sıra ölkələrdə heyvanlar üçün belə qəbristanlıq fəaliyyət göstərir. Sahibləri ölmüş ev heyvanlarını burada dəfn edirlər.
Məsələn, Sankt-Peterburqda rəsmi olaraq ev heyvanları qəbiristanlığı fəaliyyət göstərir. Heyvanların xidmətində ayrıca qəbir, gözəl kül qabı, həyat tarixləri olan qranit abidə qoyulur. Üzərində “Dünyanın ən yaxşı iti. Göy qurşağında xoşbəxt olasan … ” yazılır.
Oxşar qəbiristanlıqlar yalnız Rusiyanın digər iki şəhərində – Moskva və Yekaterinburqda mövcuddur.
Sankt-Peterburqda yeganə icazə verilən heyvan qəbiristanlığı iki il əvvəl açılıb.
Ekspertlərin fikrincə, rəsmi rəqəmlərə görə, Sankt-Peterburqda 400 minə yaxın ev heyvanı var. İldə təxminən 40 min ölür. Bəzi sahiblər ev heyvanlarının cəsədlərini birbaşa zibil qutusuna atırlar. Digərləri isə şəhər parklarında, meydanlarda, Dairəvi yol boyu və ya icazəsiz heyvan qəbiristanlıqlarında basdırılır.
Problem ondadır ki, sahibi heyvanının yoluxucu yoluxucu xəstəlikdən öldüyünü bilmir. Buradan isə müxtəlif epidemiyaların, məsələn quduzluğun yayılması təhlükəsi yarana bilər.
Bundan başqa brusellyoz, salmonellyoz, hepatit, enterit təhlükəsi da istisna deyil.
Rəsmi heyvan qəbiristanlığı şəhəri belə bəlalardan xilas etmək üçün imkan verir. Çünki orada dördayaqlıların hamısı yandırılır. Kül isə tamamilə təhlükəsizdir.
Azpost.info