Sağlamlıq imkanları məhdud uşaqların sayı artıb

Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.

Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir.

“Misal olaraq, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölür. Deməli, onun ailə quranda 16-17 yaşı olub”, – deyə o əlavə edib(trend).

Əvvəlki məqalə

Moskva Dövlət Universitetinin məzunu Ağsuda çobanlıq edir –

Sonrakı məqalə

“Reuters” 14-cü sanksiyalar paketinin detallarını açıqladı