Şahdağ Turizm Mərkəzi rusiyalılar arasında ən məşhur kurorta çevrilib

“Qış mövsümünün başlanması ərəfəsində rusiyalı xizəkçilər xarici kurortlara turları fəal şəkildə bronlaşdırmağa başlayıblar. Azərbaycanın Şahdağ Turizm Mərkəzi satışlar üzrə liderdir”.

Azpost.info bildirir ki, bu barədə “Interfax” Rusiya Turizm Sənayesi İttifaqının (RSTİ) məlumatlarına əsasən xəbər verir.

«İnturist»də bildirilib k, Azərbaycanın Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-YayTurizmİstirahət Kompleksinə turlar yaxşı satılır.

«Fun & Sun» şirkətindən vurğulanır ki, xizəkçilərin əksəriyyəti hazırda Rusiyanın kurortlarını seçirlər, lakin xarici ölkələri də rezervasiya edirlər. Artıq Yeni il tarixlərinə tələbatın aktivləşməsi nəzərə çarpır.

“Azərbaycanın Şahdağ kurortunun populyarlığı xeyli artıb. O, yaxşı qiymət və keyfiyyət nisbəti, vizanın olmaması və nisbətən qısa uçuşla cəlb edir. Satış dərinliyi altı aya çatır. Turistlər erkən rezervasiya aksiyasının qiymətini və şərtlərini qiymətləndiriblər ki, bununla turun dəyərinin 40%-ə qədər qənaət edə biliblər “, – turoperatorun PR-direktoru Olqa İvanova bildirib.

Azpost.info

Əvvəlki məqalə

Gələn ilin büdcə layihəsi birinci oxunuşda qəbul edilib

Sonrakı məqalə

“Alla Puqaçova Rusiyanın gələcək prezidenti ola bilər”