Sahibə Qafarova Azərbaycanın Türk PA-da nümayəndə heyətinin rəhbəri seçilib- Tərkib məlum olub

Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.

Bu barədə APA-ya millət vəkili Fazil Mustafa məlumat verib. 

O bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarova seçilib.

Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycana giriş-çıxışa tətbiq olunan qadağa mayın 31-dək uzadıldı

Sonrakı məqalə

Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq