Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq

Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

APA xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında  bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib: “Şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və kurslarda davam etdirəcəklər”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında təhsil müəssisələrində tətil elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibə Qafarova Azərbaycanın Türk PA-da nümayəndə heyətinin rəhbəri seçilib

Sonrakı məqalə

Ərdoğan Trampa məktubunda nə yazıb?