Şahmatın hansı növü öz baxımlılığını itirir? –Teymur Rəcəbov etiraf etdi

“Şahmatın klassik növü öz baxımlılığını itirir, məhz buna görə də sürətli şahmata keçmək lazımdır”.

Bu sözləri Rusiyanın TASS agentliyinə verdiyi açıqlamada Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

T.Rəcəbov bildirib ki, çox yerdə oynayıb və müxtəlif turnirlərin qalibi olub: “Lakin kommersiya xarakterli klassik turnirlər artıq öz baxımlılığını itirir. Mənə daha çox dünya çempionu ola biləcəyim turnirlər, dünya kuboku və ya Olimpiya medalları qazana biləcəyim yarışlar maraqlıdır. Məhz buna görə də bundan sonra diqqətimi yalnız bu turnirlərə ayıracağam. Bundan əlavə düşünürəm ki, şahmat daha sürətli olmalıdır”.

Şahmatçı 2019-cu ildə dünya kuboku yarışının qalibi olub və yığmamızın heyətində 3 dəfə Avropa çempionu adını qazanıb.

Əvvəlki məqalə

Mahsun Kırmızıgülün oğlu güllələndi

Sonrakı məqalə

Gədəbəydə polis özünü niyə güllələyib?