“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Adama Diakabini komandada saxlamaq istəmir.
Bu səbəbdən fransalının adı Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsinə də daxil edilməyib.
“Qarabağ”dan Diakabiyə özünə klub tapmasını istəyiblər.
Komandaya ötən qış gələn futbolçu gələcək planlara daxil deyil. Meydana “Qarabağ” formasında cəmi 8 oyuna çıxan Diakabi özünə klub tapacağı təqdirdə, Ağdam klubu onu sərbəst buraxacaq.
Qeyd edək ki, qapıçı Şahruddin Məhəmmədəliyev də Qurban Qurbanovun baş məşqçi olduğu komandanı tərk edir. Onun Türkiyənin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalayacağı gözlənilir. “Adana Dəmirspor” da 29 yaşlı Şahruddinin transferinə görə “Qarabağ”a pul ödəməyəcək.