Rusiyada şəhər sakinləri səmada uçan təyyarəni atəşə tutublar.
Azpost.info bildirir ki, hadisə Başqırdıstanda baş verib.
Yerli sakinlər istilik marşrutu üzərində adi uçuş həyata keçirən “RusAvia” şirkətinə məxsus AN-2 təyyarəsini Ukrayna PUA-ları ilə səhv salaraq atəş açıblar.
Nəticədə təyyarənin yanacaq bakı deşilib. Təyyarədə olan pilot, təlimatçı və operator xəsarət alıb.