Salman Rüşdini bıçaqlayan şəxsi 25 ilə qədər həbs gözləyir - Rəsmi ittiham irəli sürülüb

Dünya şöhrətli yazıçı Salman Rüşdiyə bıçaqla hücum edən şəxsə rəsmi ittiham irəli sürülüb.

Azpost.info xəbər verir ki, 24 yaşlı Hadi Matar adam öldürməyə cəhd, öldürücü silahla hücum və bədən xəsarəti yetirməkdə ittiham olunub.

Təkcə adam öldürməyə cəhd maddəsi ilə Matarı 25 ilə qədər həbs gözləyir. Hakim qarşısına əlləri qandalda çıxan müttəhim özünü günahsız hesab etdiyini deyib. Hakim onu zaminə buraxmaqdan imtina edib.

Qeyd edək ki, avqustun 12-də Nyu-Yorkun qərbindəki “Chautauqua County” Təhsil Mərkəzində səhnədə mühazirə oxumağa hazırlaşan Rüşdiyə bıçaqlı hücum olub. Hücum edən H.Matar hadisə yerində yaxalanıb.

Yazıçıya hücum 1989-cu ildə yazdığı “Şeytan ayələri” kitabına görə olub. Həmin kitab il gündən qalmaqala səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomenei tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Azpost.info

 

Əvvəlki məqalə

“AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq”

Sonrakı məqalə

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib