“Salvador Dalinin rəsmlərində qeyri-adi heç nə yoxdur”-Sabiq təhlükəsizlik zabiti, rəssam Fuad Tahir Manafov /MÜSAHİBƏ

 Tanınmış rəssam Fuad Tahir Manafov Azpost.info-ya müsahibə verib. 

Müsahibəni oxucularımıza təqdim edirik:

…Fuad Tahir Manafovla vədələşdiyimiz bu yerdə, İçərişəhər divarlarının o üzündəki bayırşəhərdə, daşa çevrilən ulu keçmişin azman kölgəsinin əskilmədiyi, adama xoş ovqat bəxş edən Sabir bağında görüşdük və hal-əhval tutandan sonra ləngimədən də mətləbə keçdik, söhbətə başladıq.

Tanımayanlar, tanısın…

Azərbaycan rəssamı Fuad Tahir Manafov 1968-ci ildə Bakıda doğulub. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olan bu fırça ustası 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Ancaq müharibə dumanına bülənd olan taleyin qarışıqlı illəri ucbatından Fuad Tahir tək yaradıcılıqla məşğul olmayıb. O, düz dörd il, 1992-1996-cı illər ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq xüsusi xidmət orqanlarında xidmət edib.

1996-cı ildən 2016-cı ilədək Fuad Tahir təhlükəsizlik xidmətində çalışıb. Savaşçı rəssam Qarabağ müharibəsi veteranıdır.

Deyir ki…

– Özümdən çox danışmayım. 1968-ci ildə Bakıda doğulmuşam. Rəssamlıq təhsilimi Əzim Əzimzadə adına məktəbdə alandan sonra hərbi xidmətə və hərbi xidmətdən dönəndə də çətin dövr gəlib yetişdiyinə görə sənətdən uzun müddət ərzində ayrı düşmüşəm, çünki bizim sənətə də diqqət azalmışdı. Sanki bu sənət daha heç kimə lazım deyildi və mən başqa bir sahəyə üz tutmalı oldum. Geniş açıqlama verməyim, qısaca… Belə deyək, təhlükəsizlik xidməti sahəsində işləməli oldum. Uzun müddətli bir fəaliyyət. Onu da deyim ki, bütün bu baş verənlərə baxmayaraq rəssam kimi yenə də öz sənətimdən uzaq düşmədim.

Zəmanə belə gətirmişdi, amma mən yenə də vaxt tapan kimi çəkirdim, daha çox da gecələr işləyirdim. Düzdür, çətin idi, xeyli sıxıntılar olurdu və baş verənlərin məndə necə dərin psixoloji təsir buraxdığını hiss edirdim, ancaq yenə dözüb özümdə güc tapırdım. Dediyim kimi gecələr işləyirdim. Müharibə bir yaradıcı insan kimi kimi mənim də həyata olan baxışımı dəyişirdi. Ancaq hər şey dəyişdi. Şükürlər olsun ki, artıq o günlər arxadaqalıb.

Daha bir xatırlatma…

Qarabağ ərazisində, eləcə də Cəbrayılda, Füzulidə DİN tərəfindən hazırlanmış bəzi xüsusi əməliyyatlarda iştirak edən Fuad Tahir Manafov bu sahədə işlədiyi dövrlər ərzində də yaradıcılıqdan uzaq düşməyib. “Qız Qalası”, “Xətai Sənət Mərkəzi”, eləcə də “Karvan” sənət qalereyalarında, həm də kollektiv sərgilərdə öz çəkdiyi rəsmləri ilə iştirak edib. O sadə sənətçidir, amma onu təkcə biz tanımırıq. Sənətinə, çəkdiyi əsərlərinə olan böyük maraq bu rəssamı vətəndən uzaqda, Rusiya, Çin, Almaniya, Türkiyə Böyük Britaniya eləcə də digər ölkələrdə tanıdıb. Onun rəsmlərinin çoxu şəxsi kolleksiyalarda saxlanılır.

Rəsmlərinizin cəlbediciliyi yaxın keçmişin ab-havasından xəbər verir. Əsərlərinizə baxanda adamda elə təsəvvür yaranır ki, sanki Fuad Tahirin sənət emalatxanasının qapısı ötən əsrlərə açılır…

– Bunu çox adamlar deyib mənə. Deyirlər ki, axı sən niyə ötən əsrdə ilişib qalmısan, ancaq yetmişinci, səksəninci illəri təsvir edirsən və sairə… Amma, mənə elə gəlir ki, fərq göz qabağındadır. O dövrlər, həm də həmin dövrlərin insanları, düşüncələri və təlim-tərbiyələri, həyata baxışları, bir çox belə gözəl xüsusiyyətləri. Yəni hər nə varsa, təbii və gözəl idi. Həmin adamların pozitiv ovqatı və əxlaqı vardı, çünki onlar mehriban olmağı, gülümsəməyi, eləcə də dəstək verməyi bacarırdılar. O dövrlərdə həyat baxışımız necə idi, indi necədir. Bəs indi nə var? Yerdən göyəcən fərq var axı. Gəlin, indiki dövrlərlə yaxın keçmişi, ötən əsri, o illəri müqayisə edək, edə bilərik?!

Yox!. Bu mənim subyektiv krim də deyil, əslində həqiqətdir. Və mən düşünürəm ki, ötən əsrin, yaxın keçmişin adamları daha müasir, daha sevimli, daha çox səmimi və mehriban idilər, amma indi? Elə sizdən də soruşuram, indi bizdə ürəkaçan nə var, nə görürük, heç nə. Aqressiyadan başqa heç nə! Hətta müasir evlərin, qapıların rəngi belə dəyişib. Ancaq əvvəllər, həmin yaxın keçmiş dediyimiz o dövrlərdə evlərimizin, qapılarımızın qırmızı, mavi kimi ürəkaçan rəngləri vardı, görəndə də adamın könlü açılardı, amma indi? Hər şey dəyişib, yəni pisliyə doğru.

Bəzi əsərlərdə müasir Bakının təsvirlərini görəndə adam ötüb keçmək istəyir, çünki gözqamaşdırıcı, parlaq rənglərdən savayı heç nə tapmırsan. Hətta texnikası olsa da sənətkarlıq yoxdur. Orijinallıq, üslub yox, nə ifadə, nə də yaradıcı fantaziya var.

– Haqlısınız. Məncə, elə sizin üçün də çox maraqlı olar, bir haşiyə çıxacam. 2010-cu ildə mən Həcc ziyarətində oldum. Şərq və xüsusilə də Ərəbistanın çölləri, səhraları mövzusu mənə yön verən, çoxdan mənim üçün yaradıcılıqda yeganə bir istiqamətə, xəttə çevrilmişdi. Mövzu kimi Şərq aləmi, bu tarixi coğra ərazi, Ərəbistan rəssam kimi həmişə məni maraqlandırıb. Mənim təsəvvür etdiyim və yaxından müşahidə edib görmək istədiyim Şərq şüuraltıma belə oturmuşdu. Düzünü desəm, mən bu ziyarətdən də daha çox görmək istədiyim əsl Şərqin ab-havasını görüb hiss etmək arzusu ilə yola çıxmışdım. Məhz elə buna görə istiqaməti elə seçmişdim ki, bir neçə ölkədən keçib gedim ziyarətə. Amma çox əfsuslar olsun ki, mən Şərqi görmədim və Məkkədə, Mədinədə tamamilə fərqli, yad mənzərələr gördüm. Tamamilə heç nə yox idi. Şərqin sadəcə adı vardı, nə o koloriti qalmışdı, nə də klassikliyi ilə adamı cəlb edən bir şey. Oradakı həmin proseslər elə indi Bakıda da davam edir. Ətrafımızdakı binaları elə pis şəkildə, həmçinin müasir formada bərpa edib qururlar ki, tikili öz simasını tamamilə itirir. Bərpa əslində elə keçmişi qorunması deməkdir və əslində belə də olmalıdır, amma bizim şəhərdəki binalara yanaşma tərzində bu görsənmir.

Sağınıza baxın, solunuza baxın, amma bir dənə olsa belə öz klassik formasını, həm də qədimliyini saxlaya bilən normal tikili, abidə görə bilməzsiniz, çünki hamısını elə günə qoyublar ki… Fikir vermisinizsə, son on beş-iyirmi il ərzində bir rəssamın belə şəhərdə, hansısa məkanında oturub etüd elədiyini görən olmayıb, çünki çəkiləsi nə isə qalmayıb, yeni heç nə yoxdur. Rəssam baxışı sadə vətəndaşların zövqündən çox fərqlidir. Əgər bir rəssam hansısa binada, hətta müasir binada orijinallıq, incəlik və müəyyən antik nişanələri tapa bilmirsə, deməli, o binalar ondan ötrü artıq maraq kəsb eləmir. Hal-hazırda bizim Bakıda bu cür tikililər yoxdur. Olsa, rəssamlar orada bir neçə dəqiqə oturub nə isə çəkərdi də. Yoxdur axı.

Öncə antik dövrlərin və sonra getdikcə formalaşan klassik rəngkarlıq sənətinin varisi kimi dirçələn, eləcə də inkişaf edən bu qədim rəssamlıq sənəti o a əsrlərdən başlayaraq daha da çiçəklənməyə başladı və bununla rəngkarlıq təkamül dövrünə qədəm qoydu. İndi dünya dəyişib, artıq rəqəmsal texnologiyaların, eləcə də süni intellektin köməyi ilə hər hansı bir əsərə uyğun rənglər tapmaq mümkündür. İndi texnologiya sənət sifarişi qəbul edir, süni rəsmlər yaranır. Belə bir müasir inkişafda olan dünyada rəssamlıq gələcəyin sənəti kimi bu texnoloji yüksəlişlərin qarşısında duruş gətirə biləcəkmi?

– Bu müvəqqəti bir prosesdir və texnoloji yeniliklərin qələbə çalmaq şansı yoxdur. Təsəvvür edin ki, kitabda super, hətta 3D formatında çox təbii görünən xörəyin fotosu var, yəni adama elə gəlir ki, əl atıb belə götürmək olar, amma qarşınızda da həmin yemək var. Amma sonucda insanın seçimi yenə təbiilik olacaq. Yaponiyanın özündə belə xörək şəkillərinə hətta qoxu əlavə edirlər. Ancaq adamlar da axı təbii olanı seçir, çünki yeməyin real görünüşü, qoxusu və ləzzəti öncə göz yaddaşımıza, şüuraltımıza hopub. Biz cəlbedici o super fotonu yox, təbii yeməyi seçirik. Bunların hamısı keçici proseslərdir. Süni olanın heç vaxt uzun ömrü olmur. Bir ara bu sənətin düşgün dövrlərində ofslərə, evlərə, eləcə də müxtəlif təyinatlı tikililərə və idarələrə posterlər dadanmışdı. Çox primitiv, həm də yeni üsulla çap edilmiş həmin şəkilləri indi niyə görmürük? Yoxdurlar, çünki bu obyektiv səbəbdir. Sənət deyildi, həqiqi yox, bəsit idi, sənətkarlıq baxımından da keyfiyyəti yox. Baxın, sonda xalq yenə də əsl sənətə döndü. Həqiqətən də rəssamın əziyyətinin, zəhmətinin, yəni alın tərinin hesabına ərsəyə gələn və istehsal olunan məhsulun əvəzini heç nə verə bilməz. Axı rəssamın fəaliyyətinin özü də istehsalatın bir növüdür. Fikrimcə, rəssamlıq sənətini yüksək texnologiyanın köməyi sayəsində yaranan süni əsərlər ötə bilməz. Heç vaxt onlar əsl rəsmləri əvəz edə bilməyəcək.

Dediyiniz kimi rəssamlıq da istehsalatın bir sahəsidirsə, bəs onda rəssamlıq nədir, peşədir, yoxsa həyat tərzi?

– Yox. Rəssamlıq həyat tərzidir və həyata baxışdır. Rəssamlıq içini tökmək, özünü tanıtmaq deməkdir. Sən özün necəsənsə, hər əsərində də bu hiss olunmalıdır, yəni sən öz əsərlərinə oxşamalısan. Mənə görə əgər sən bir rəssam kimi öz çəkdiklərinin tamamilə əksi olan həyat tərzini seçib elə yaşayırsansa, deməli, sən əsl sənətkar da deyilsən. Yəni sən əslində daxili dünyana yad olan tamamilə başqa bir rəsmi, özgə düşüncəsini çəkirsən, sanki nağıla bənzər paralel aləmin təsviridir.

Bakılı rəssam sanki öz rəngarəng sirrinin köməyi ilə İçərişəhərdə tapdığı bir yeraltı tunellə birbaşa sehrə bürünən Abşerona adlayır. Bu iki fərqli məkanın cazibəsində zamanları qovuşdurmağın fəlsəfəsi nədi?

-Bəli, elədir. Mənim üçün bu ki məkanın cəlbediciliyi sadəcə zahiri deyil, batindən süzülən işığın təsnifatıdır. Əgər mövzuya daha dərin girsək, konkret olaraq nələrsə söyləmək mümkün deyil, çünki bu aləm o qədər şaxəli mövzudur ki, oradan min bir yozumla çıxmaq olar. Mənim rəssam kimi təsəvvürümdəki şəhərdəki hər küçə, hər döngə, tin Bakı ilə Abşeron vəhdətindən yaranıb. Bakı şəhəri çevrəsindən qıraqda duran İçərişəhər də, elə Abşeron da tarix olaraq əslində çox saf keçmişi, obrazları, eləcə də özəlliyi ilə seçilən Şərqsayağı bir klassik coğra yaya malik simanı özündə ehtiva edir. Mənim üçün bu məkanların fəlsəfəsi köhnə evlərin arxitekturasından başlayır. O yerdə ki, keçmişi unutmaq heç vaxt mümkün deyil, axı burada olan hər şey həm də oxşar xüsusiyyətləri bir-birini tamamlayan iç dünyamıza giriş qapısıdır.

Bir sözlə, mənim təsəvvürümdə olan Bakı və Abşeron köhnə müasirliyin davamıdır. Bu ötən illər, yaxın keçmiş həm də mənim göz yaddaşımdır. Həm də unutmayın ki, ancaq yeganə peşə sahibi olaraq rəssam öz fırçasının, rənglərinin aləminə ötənləri köçürməklə həmişə sənət adamı kimi ona doğma olacaq həmin keçmişi, köhnə illəri çəkməklə ötən əsrin xatirələrini yaddaşın köməyi ilə durdura bilər. Rəssam keçmişə boylanıb gələcəyi çəkə bilməz, çəkməyə çalışsa belə yenə də o əsər reallığı təsvir edə bilməyəcək, metaforaya çevriləcək.

Mən inanclı rəssam olduğuma görə belə düşünürəm ki, əslində insanın və konkret olaraq rəssamın gələcəyi təsvir etməsinin elə də əhəmiyyəti yoxdur, çünki o prosesi fırçayla, rənglərlə ifadə etmək, nə isə real görünənləri gözəl çəkmək cəhdi sadəcə mümkün deyil. Axı hamı bilir ki, qeyb də, gələcək də ancaq Allaha məxsusdur Sizin gördüyünüz bir çox illüstrasiyalar var e, amma onlar da bomboş, həm də mənasız təsvirlərdir.

Xəzərsiz, sahilsiz Bakını hansı rənglərlə ifadə etmək olar?

– Aha! Bax, bu yerində verilmiş çox gözəl sualdı. Çalışacağam ki, cavabımla sizi də məyus etməyim. Öncə onu deyim ki, hər bir yerdə, hər bir ərazidə anomal məkan var və bu ziki termin olsa da söhbətin nədən getdiyini hamı yaxşı bilir.. Bizim də ölkədə, bizim də şəhərdə anomal ərazilər var və çox-çox şükürlər olsun ki, Bakının Xəzəri, Abşeronu varmış. Əgər dənizimiz və Abşeron olmasaydı, biz bu cür nə işıq, nə kölgə görməzdik, həm də bu cür xəzri, gilavar küləyi də heç görməzdik. Həmin dəniz, okean Norveçdə də var da, amma iqlim tam fərqlidir. Xəzər dənizi, Abşeron bunlar bizə Allahın lütfüdür. Qaldı ki, bu rənglərlə bağlı məsələyə, cavab verirəm. Əgər son vaxtlar çəkdiyim əsərləri siz də diqqətlə nəzərdən keçirsəniz, görərsiniz ki, mən çalarları dəyişmişəm və daha çox mavi rəngə üstünlük verirəm, çünki bizim gördüyümüz hər bir şey əslində mavidir.

Səmanın yerə düşən ultrabənövşəyi işıq sınması nəticəsində də mavi rəng yaranır. Əslində biz yeddi rəngin olduğunu qəbul etmişik, amma heç rəng adlı anlayış belə yoxdur, çünki iki rəng var – ağ və qara.

Sadəcə olaraq günəş şüalarından yer üzü qidalandığlndan və yerə çatan işıq ziki qanunlar əsasında müxtəlif çalarlı fərqli rənglər əmələ gətirir.

Deməli, insan özü rəng yarada bilməz?

-Xeyr. İnsan rəng yaratmağa qadir deyil. Ümumiyyətlə insanın “yaradıram” deməsi belə hegemonluqdur. Müqəddəs Quran bizə deyir ki, sizin yerdə gördüklərinizin hamısı bizim xəzinəmizdəndir, yəni hamısı və əslində insanın da istifadə etdiyi yeni yox, təkrardır. İnsan potensialı, eləcə də gücü hesabına özündən heç nəyi yarada bilməz. Mümkün deyil!. O sadəcə hansısa bir mərhələdə İlahi tərəfindən beynində olan proqram sisteminə uyğun ideyanı və yaxud fikri əldə edir, daha sonra isə insan arzusuna rəğmən istədiyi həmin nəsnəni həyata keçirir. Həmişə Allahın bizə bəxş etdiyini qiymətini bilmək gərəkdir və heç də yaradıcı təkəbbürü iilə kainata üsyan etmək iddiasına düşmək lazım deyil.

Axı, Tanrı sizə də rəssam kimi belə bir ali missiya verib, siz yaradıcı insan deyilsiniz ki?

-Yaratmaq ayrıdır, amma mənim rəssam özəlliyim var, mən gördüyümü çəkirəm. Yeni nə isə yaratmıram axı. İrfani mənada mənim “mənim” yoxdur. Mən əsərə nəsə çalar əlavə gətirə bilərəm, zamanların yerini dəyişə bilərəm, ancaq çəkdiyim bir əsərə yeni predmet əlavə edə bilmərəm, çünki mənim fikrimcə, insan yaranmayanı yaratmaq gücündə deyil. Misal olaraq elə götürək, Salvador Dalini, yaxud da Pablo Pikassonu, indiyədək onların müəmmaya çevrilən əsərlərindən danışırlar, razıyam, bəli, var! Bunu mən də rəssam kimi başa düşürəm, ancaq orada qeyri-adi, yaxud da yoxdan yaranan nə isə yoxdur axı. Hər

hansı bir predmet, qur, nə varsa, hamısı bizə tanışdır da. Deməli, onların heç biri özündən nəsə yaratmayıb, sadəcə olaraq görkəmə salıb, rəssam kimi təqdimatını verib. Bu qədər.

Bayırşəhər silsiləniz elə də çox deyil…

-Rəssam azaddır, müstəqildir, kimsə ona baryer qoya bilməz. Rəssama ancaq onun beyni komanda verib yönləndirə bilər ki, bu səni ilhamlandırırsa, çək. Sizin üçün o bayırşəhər olan məkanda gözoxşayan nə isə ola bilər, amma şəxsən mənə görə, bu mənim subyektiv krimdir ki, bir rəssam kimi bu boyda şəhər ərazisində cəlbedici nəsə tapmıram, görmürəm.

Fuad bəy, sizin Qızılbaşlar mövzusuna da çox gözəl əsəriniz var. Bilmək istəyərdim, Gələcəkdə Azərbaycanın tarixi dövrlərini əks etdirən silsilələr işləmək planlarınız varmı?

-Belə deyək də o batal səhnələr, döyüş səhnələri adamı çox yorur, həmçinin də adamın psixoloji vəziyyətinə təsir edir.

Ona görə sözün açığı belə mövzulardan qaçıram. İkinci Qarabağ savaşı qələbəylə bitəndən sonra mən də ilhamlanmışdım, başqa cür ola da bilməzdi və beləcə bəzi əsərlər yarandı. Əsasən belə mövzularda sifarişlər olur, amma sifariş də yaradıcılıq deyil, bir məsuliyyətdir. Əlbəttə, o əsərlər gedir, ancaq rəssam Sakit Məmmədovun da bununla bağlı gözəl bir sözü var, deyir ki, əsər də qız övladı kimidir, köçürürsən, gedir.

Fırçanızdan çıxan Bakı bambaşqa, köhnə bir şəhərdir, eləcə də Abşeron. Hər əsər ötən əsrdən boy verir. Bu necə bir hissdir, belə görmək istəyi, nostalji, yoxsa sadəcə uşaqlıq yaddaşı?

-Durum deyim ki, mən indi belə görmək istəyirəm, təbii ki, yox. Çünki bu mümkün deyil. Mən bunu oyanış adlandırardım. Biz belə olmuşuq, keçmişimiz rəngarəng idi, həm də ibrət olsun deyə. Biz keçmişə qayıtmayaq, ancaq öz səmimiyyətimizi qoruyaq.

-Şuşaya bahar gəlir” rəsmində Şuşa bir məhəlləyə sığışdırılıb…

-Rəssam yaradıcılığında yeni üslub, yeni cığır açmaq üçün mütləq bir neçə dəfə öz texnikasını dəyişməlidir və onu da deyim ki, bu məndə alınır. On-on beş il əvvəlki rəsmlərimdə istifadə etdiyim rənglər də, çalarlar da dəyişib, çünki rəssam daima axtarışda olmalıdır. Mən zaman və məkan anlayışını kənara qoydum. Əgər Şuşanı çəkmək istəyirəmsə, həm də nəsə axtarıb tapmalıydım. Gördüyünüz kimi bu əsərdə Gövhər Ağa məscidinin yanında evlər var və bu mənim baxış bucağımdır, çünki bu məqamda mütləq sintez lazım gəlirdi. Bu məhz mənim təsəvvürümdəki o Şuşanin simvolu idi.

Oqtay Qorçu

Ardı var…

Əvvəlki məqalə

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Sonrakı məqalə

Turizm zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir