65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 6 saylı məntəqəsində Salyanda yaşayan 105 yaşlı Ceyran nənənin evinə səs verməsi üçün daşınan seçki qutusu aparılıb.
Səsvermədə iştirak edən Ceyran Səmədzadə AZƏRTAC-a deyib: “Ürəyim istəyən şəxsə səs verdim. Sizə də minnətdaram ki, evimə gəlmisiniz. Bir qoca arvadın ayağına görün neçə insan gəlib. Bizi xoş günlərə aparan insana səs verdim. Ona görə sizə çox minnətdaram. Sizlərə uzun ömür arzulayıram”.