Salyanda bələdiyyə sədri 41 yaşında vəfat edib

Salyan rayonunun Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədov vəfat edib.

Azpost.info bildirir ki, bu barədə rayonda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Bələdiyyə sədri şəkərinin kəskin qalxması nəticəsində dünyasını dəyişib. Onun 41 yaşı var idi.

Qeyd edək ki, istintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs barəsində, o cümlədən Salyan rayonun Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədova açılan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azpost.info

Əvvəlki məqalə

Zelenski hucum əməliyyatı aparılan Baxmut istiqamətinə gəldi

Sonrakı məqalə

“Ərbəin yürüşü İmam Hüseynə olan eşqin əməli təzahürüdür” –