Salyanda iki nəfər bıçaqlandı –Cinayətkar saxlanıldı

Salyanda iki nəfər bıçaqlanıb.

İki kişi bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat otağına götürülüb. Faktla bağlı araşdırma aparılır.

Baş vermiş bıçaqlanma zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

Rayonun Bəydilli kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Tərlan Əhmədağa oğlu və 1994-cü il təvəllüdlü Səfərov Nicat Həmid oğlu cərrahi əməliyyat olunaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki şəxs münaqişə zamanı bir nəfər tərəfindən bıçaqlanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat başqanı Arif Hacılı ABŞ səfiri ilə görüşdü

Sonrakı məqalə

“Sarrac sənədi imzalayıb, Haftar sabaha kimi vaxt istəyib” –