Bir müddət əvvəl Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan və TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.
Azpost.info bildirir ki, bu barədə TƏBİB-in mətbuat rəhbəri Zamirə Adilova bildirib.
Tibb müəssisəsinin Pediatriya şöbəsində ona zəruri tibbi xidmət göstərilib, xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Qeyd edim ki, xəstəxanaya yerləşdirilərkən temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və körpədə fizioloji sarılıq qeydə alınıb.
Həkimlərimizin səyi nəticəsində artıq vəziyyəti qənaətbəxşdir.