Salyanda Kür çayı sahilində təmizlik aksiyası keçirilib –FOTO

Salyan rayonunda fəaliyyət göstərən Ana Kür Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl düşüncənin yerlərdə təşviqi” layihəsinin yekun mərhələsinə qədəm qoyub. Layihənin Fəaliyyət planına uyğun olaraq indiyə kimi bu mövzuda altı maarifləndirici dəyirmi masa, bir konfrans və Şirvan Milli Parkına iki ekotur təşkil edilib. Növbəti tədbir isə Kür çayı sahilində ərazilərin məişət tullantılarından təmizlənməsinə ilə əlaqədar olaraq yeni aksiyanın təşkili oldu.

Kür çayının üzərində iki sahili birləşdirən körpüyə yaxın olmaqla çaya çıxışı  olan məhəllələrin birində ictimai birliyin təşviqi ilə təmizlik aksiyası keçirilmişdir. İştirakçıları əsasən müxtəlif yaş qrupuna aid olan sakinlərdən və könüllülərdən ibarət  olan tədbir iştirakçıları çay sahilində bu antisanitar vəziyyətə son qoymaq fikridə olduqlarını  bildirmişlər. Tədbir iştirakçısı, məhəllə sakini Məhəmməd Ağayev bildirmişdir ki, Salyanın küçə və meydanları ən müasir qaydada yaşıllaşdırılıb. Gecə işıqlandırmaları park və meydanlara, xüsusən Kür çayı sahillərinə xüsusi gözəllik verir. Yaşıl dünya naminə həmrəylik ilində bunun əhəmiyyəti olduqca yüksəkdir. Təəssüf ki, bununla bərabər zibilləri aidiyyatı yerlərə deyil, hara gəldi, əl-əxsus Kür çayı sahilinə tullayaraq ərazidə anti-sanitar vəziyyət yaradanlar da vardır. Bu aksiyanın mahiyyəti ondan ibarətdir ki, bizim hər məhəlləmiz abad olduğu kimi, həmdə  gərək təmiz olsun, çayın sahilləri gəzintiyə çıxanlara zövq versin. Daha sonra müsahibimiz demişdir ki, “Ana Kür” ictimai birliyinin icra etdiyi layihə çərçivəsində reallaşan belə aksiyaları biz daimi etmək fikrindəyik.

Vaxtı ilə sahillərində Tuğaq meşələri olan Kür çayı indi insan qayğısına, xüsusən yaşıl qayğıya, yaşıl münasibətə ehtiyacı vardır. İctimai Birliyin sədri Rüstəm Məlikov bildiririb ki, layihəmizin əsas mahiyyəti də insanları təbiətə yaxınlaşdırmaq, onun səsinə qulaq asmağa təşviq etməkdir. Bu çox böyük ictimai işdir. Hazırda ölkəmiz COP-29 tədbirlərinin keçirilməsi üçün lazım olan hər şeyi edir. Bu, iqlim dəyişmələrinin nizama salınması xalqımızın vermək əzmində olduğu böyük töhfədir.

Yeni dövr, yeni, yaşıl düşüncənin reallaşacağından xəbər verir. Vətəndaş cəmiyyəti olaraq biz buna hazır olmalı və yerlərdə də bunu təşviq etməliyik.

Əvvəlki məqalə

Qida zəhərlənmələrinə qarşı maarifləndirici təlimlər başlayıb –

Sonrakı məqalə

Evdə hazırlanan konservlərin təhlükəsizliyinə dair təlimlər keçirilib –