Güclü qar yağması və buzlanma ilə əlaqədar baglanan Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət qismən bərpa olunub.
Əraziyə yol istismar idarəsinin əməkdaşları cəlb olunub və buzlanmaya qarşı tədbir görülüb. Tədbirlər hələ davam edir. Yolların əsasən İsmayıllı istiqamətində hələ də təhlükəli və buzlu olduğu barədə sürücülərə xəbərdarlıq edilir. Hazırda ərazidə küləklə müşayiət olunan güclü qar yağışı müşahidə olunur.(APA)