Saray qəsəbəsinin bu hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

9 iyul saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomo bil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Əvvəlki məqalə

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib

Sonrakı məqalə

Maaş və pensiyalar artırılacaq? –