Sarkisyan:"Ermənistanda demokratiya və konstitusiya normaları pozulur"

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayında çıxışında bildirib ki, Ermənistanda demokratiya və konstitusiya normaları pozulur. O, indiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək qeyd edib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib.

Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, Sarkisyan daha sonra əlavə edib: “İl yarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyib. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb”.

Sarkisyan bildirib ki, Paşinyana özünə sərf edən müxalifət lazımdır, Sarkisyan və Koçaryanı isə siyasətdən uzaq tutmağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il uşaqlara qarşı 159 zorakılıq cinayəti olub

Sonrakı məqalə

Azərbaycanda bələdiyyə sədri həbs edilib