Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Şarl Mişel “Twitter” hesabında bildirib.
“Biz regionda son vəziyyəti müzakirə etdik. Aİ-nin bu ölkələr (Azərbaycan və Ermənistan – red.) arasında normallaşma prosesini, regionda sülh və sabitliyin inkişafına kömək etməyə hazır olduğunu vurğuladım”, – Şarl Mişel qeyd edib.