Seçki məntəqələrinin sayı açıqlandı

Ölkədə 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.