Seçki üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 400 nəfərə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə ümumilikdə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidəçilərin sayının 400 nəfərə yaxın olduğunu deyən M.Pənahov qeyd edib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.