“Serbiya mövcudluğunu itirə bilər”- VOLODİN

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin seçki saxtakarlığı iddiaları fonunda Serbiyada keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Azpost.info xəbər verir ki, o, hazırkı Serb hakimiyyətini çoxluğun seçimini qorumağa çağırıb.

“Əks halda nə baş verdiyi hamıya yaxşı məlumdur – ölkə mövcudluğunu itirə bilər”, – Volodin deyib.

Eyni zamanda, Volodin ABŞ və Avropa İttifaqını çevriliş cəhdi təşkil etməkdə və vəziyyəti kənardan sarsıtmaqda ittiham edib.

Serbiyada parlament seçkilərindən sonra bir həftədən artıqdır ki, etirazlar davam edir. Müxalifət tərəfdarları seçki saxtakarlığına etiraz edirlər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.