Serbiyada Azərbaycan vətəndaşı tutulub

Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Subotitsa şəhər bölməsinin əməkdaşları sərhədi qanunsuz keçmə, habelə insan qaçaqmalçılığında şübhəli bilinən 1983-cü il təvəllüdlü D.P. və Azərbaycandan olan 2002-ci il təvəllüdlü N.P.-ni saxlayıblar.

Yoxlama zamanı polis şübhəlilərin idarə etdiyi avtomobillərdə doqquz qanunsuz miqrant aşkarlayıb.

Ehtimal olunur ki, D.P. və N.P. miqrantları müəyyən ödəniş əvəzində Macarıstan sərhədinə çatdırmalı, sonra onlar qeyri-qanuni yolla oranı piyada keçməli idilər.

Subotitsa Baş Prokurorluğunun qərarı ilə şübhəlilər barədə 48 saatlıq həbs-qətimkan tədbiri seçilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.