Rusiyanın xarici işlər naziri Sergey Lavrov uzun müddətdir ki, iPhone-dan istifadə etmir.
Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya XİN-nin nümayəndələri RİA Novosti ilə söhbətində bildiriblər.
Onların sözlərinə görə, nazirlik rəhbəri başqa istehsalçıya üstünlük verib. “Sergey Viktoroviç iPhone-dan çoxdan imtina edib”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, internetdə Lavrovun HUAWEI P60 Pro smartfonundan istifadə etdiyini göstərən görüntülər yayılıb.