Şeyxülislam Allahşükür Paşazadə şəhid Anar Novruzovun məzarını ziyarət edib –

FOTO
21 İyul 2020 - 21:46

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun məzarını ziyarət edib.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları – Cavanşir Paşazadə və Anar İsgəndərov Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Anar Novruzovun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Daha sonra Allahşükür Paşazadə şəhidin ailə üzvləri ilə görüşüb. Görüş zamanı Paşazadə şəhidlik İslam dinində ən uca məqamın olduğunu vurğulayaraq, şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.