Şeyxülislam Allahşükür Paşazadə İspaniyaya səfərə gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də İspaniya Krallığına səfər edəcək.

AzPost bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.

QMİ sədri A. Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.

25-26 aprel tarixlərində İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə dəyirmi masa və anım tədbirinin məqsədi sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.
Şeyxülislam A. Paşazadə tədbirlərdə çıxış edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.