Şeyxülislam Birləşmiş Ərəb Əmirliklərinə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür.

QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.

QMİ sədri beynəlxalq konfransın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcək.

Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın nüfuzlu iştirakçıları ilə görüşlər nəzərdə tutulur.

Əvvəlki məqalə

İtaliya Putinin 750 milyonluq yaxtasına həbs qoydu

Sonrakı məqalə

Məscidlərə din xadimlərinin təyinat qaydaları müəyyənləşib –