Şeyxülislam Gürcüstana gedir, Patriarx II İliya ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə yola düşəcək.

QMİ-nin Mətbuat Xidmətindən verilən xəbər görə, Şeyxülislam Allahşükür Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə görüşəcək, dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Səfər müddətində QMİ sədri Allahşükür Paşazadənin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri nəzərdə tutulur. İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.

Əvvəlki məqalə

“Birləşək, kimi istəyirlər sədr seçsinlər…Fəxri ad təqdimatı əndazədən çıxmışdı” –

Sonrakı məqalə

Ərdoğan İranın ali rəhbəri Xamenei ilə görüşüb