Şeyxülislam İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılışında iştirak edib –FOTO

Aprelin 15-də İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılışı olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən binanın açılış mərasimində İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
Tədbirə, eyni zamanda, Türkiyənin Diyanət işləri sədri Ali Erbaş, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın dini nümayəndələri, eləcə də Türkiyənin dövlət rəsmiləri qatılıblar.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti 13 aylıq qısa bir zaman ərzində yenidən inşa edilən bu mədrəsənin açılışı ilə daha bir tarixi əsərin Türkiyəyə qazandırıldığını deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan son 20 il ərzində atılan addımlarla həm tarixi əsərlərə, həm də keçmişə sahib çıxdıqlarını bildirib.
Sonra mədrəsənin rəsmi açılışı olub.
Mərasimdən əvvəl iştirakçılar Ayasofya məscidində cümə namazına qatılıblar.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısında iştirak etmək üçün İstanbulda səfərdədir.
Əvvəlki məqalə

Pyer Rişar Putinə müraciət etdi:

Sonrakı məqalə

Lənkəranda 61 yaşlı kişi özünü meşədə asıb