Şeyxülislam Allahşükür Paşazadə və Türkiyə Cümhuriyyəti Diyanət işləri Başkanı Ali Erbaş Qarabağın hava qapısı olan Füzuli aeroportuna gedib.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Aeroportun möhtəşəm infrastrukturu ilə tanış olan ziyarətçilər öz xeyir-dualarını verdilər.
Füzuli aeroportuna səfərdən sonra QMİ sədri və Ali Erbaş Şuşa gediblər.
Qeyd edək ki, dünən iki qardaş ölkənin başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını edib.