“Silahların vaxtında çatmadığından cəbhədə problem yaranır” –Ukraynanın müdafiə naziri

Silahların yarısı Ukraynaya vaxtında çatmır. Bu, cəbhədə işi çətinləşdirir.

Bu sözləri  “Ukrayna. İl 2024” forumunda çıxışı zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov söyləyib.

“Vəziyyət həmişə dinamik, daim dəyişən olduğundan 50 faizi (red. – silahların) vaxtında gəlmir. Rusiyaya baxsaq, onların iqtisadiyyatı təqribən 2 trilyondur və 15 faizə qədərini müharibəyə sərf edir, bu da 150 milyard dollardan çoxdur”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, gecikmələr olarsa, Ukrayna insanlarını və ərazilərini itirəcək: “Bu, müttəfiqlərin vaxtında təchizatı təmin etməli olduğu müharibədir, çünki tarixdə heç vaxt hava üstünlüyü olmayan müharibə olmayıb”, – deyə Umerov əlavə edib.

O vurğulayıb ki, Ukrayna mümkün və qeyri-mümkün hər şeyi edir, lakin silahların vaxtında tədarükü olmadan iş çətinləşir. (Azərtac)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.