Şimal və qərbdə güclü leysan, dolu və sulu qar- Sel təhlükəsi var

Yağış
Yağış

İyunun 2-si axşam saatlarından başlayaraq ölkənin şimal və qərb rayonlarında hava şəraiti kəskin şəkildə dəyişəcək. AzPost xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, hava şəraiti iyunun 5-dək qeyri-sabit keçəcək, leysan xarakterli yağışlar, şimşək və dolu hadisələri müşahidə olunacaq.

Yüksək dağlıq ərazilərdə yağıntıların sulu qar formasında düşəcəyi gözlənilir. Xidmət bildirib ki, yağıntıların intensiv və güclü xarakter alması nəticəsində Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylarda sululuq artacaq.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qısamüddətli sel və daşqın keçəcəyi ehtimalı yüksəkdir. Xüsusilə dağətəyi və dağlıq rayonlarda yaşayan əhalinin diqqətli olması tövsiyə olunur.

Sinoptiklər baş verə biləcək təbii fəlakət riskinə qarşı operativ monitorinqlərin aparıldığını və aidiyyəti qurumlara məlumat verildiyini bildirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.